Yuxarı

Əli Həsənov türkiyəli jurnalistlərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Türkiyənin Qəzetçilər Birliyi və Anadolu Yayımçılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin 40-dan artıq jurnalisti Azərbaycanda səfərdədir. Onlar iki gün ərzində Bakıda Azərbaycan jurnalistləri ilə bir araya gələcək, jurnalistikanın aktual problemlərinə dair məsələləri müzakirə edəcəklər. Bakıda fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası, Azərbaycan Mətbuat Şurası və “Yeni çağ” media qrupu da bu forumun təşkilatçıları sırasındadır.

Axar.az xəbər verir ki, forumda iştirak etmək üçün Bakıya gələn türkiyəli jurnalistlərin bir qrupu iyulun 20-də Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüb.

Görüşdə Əli Həsənov Azərbaycanda son zamanlar yaşanan proseslərdən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən, Azərbaycanın ötən 15 ildəki inkişafından, iqtisadi, siyasi, sosial sahələrdə görülən işlərdən, qardaş ölkələrimizin liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsindən, onun region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfəsindən danışdı.

Azərbaycanın və qardaş Türkiyənin regionda artan rolunu vurğulayan Prezidentin köməkçisi türkiyəli jurnalistlərin suallarını cavablandırdı.

Tarix
2018.07.20 / 19:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla