Yuxarı

Əl-ayağı qandallı Bakıya gətirilən şəxs kimdir? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyadan deportasiya edilən azərbaycanlılar içərisində kriminal avtoritet də olub.

Lent.az-ın məlumatına görə, bu günlərdə Almaniyadan Azərbaycana göndərilən və əl-ayaqları qandallı şəkildə görüntüsü yayılan Bayramzadə Sinan Ədalət oğlunun kriminal qruplaşma üzvü olduğu məlum olub. O, kriminal aləmdə “Dağlı Sinan” ayaması ilə tanınır və müəyyən dairələrdə nüfuza sahib olduğu bildirilir.

Miqrasiya Xidmətinin rəsmi açıqlmasında bildirib ki, deportasiya olunan azərbaycanlılardan yalnız Sinan Bayramzadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, digərləri isə sənədləşmə işləri aparılandan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, bir müddət əvvəl kriminal aləmə bağlı mənbələrdə Sinan Bayramzadənin doğum günü münasibətilə kriminal dünyanın nüfuzlu şəxsləri üçün Almaniyada ziyafət təşkil etməsi barədə məlumatlar və görüntülər yayılıb. Həmin məclisdə Ukrayna və Yunanıstandan kriminal dünyanın nüfuzlu şəxsləri iştirak edib. Məşhur oğrular məclisə iştirak etməsələr də, telefonla S.Bayramzadəni təbrik ediblər.

Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş 32 şəxs çarter reysi ilə iyulun 18-də Bakıya göndərilib.

Tarix
2018.07.21 / 11:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla