Yuxarı

Gürcüstana narkotik keçirənlər tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kinoloji xidmət itinin tətbiqi ilə psixotrop maddə və narkotik vasitə aşkar edilib.

DGK-dan Axar.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Gürcüstana gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

"Scania" markalı həmin avtomobilə baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib. Bu səbəbdən avtomobilin kabinəsi əsaslı yoxlanılıb. Yoxlama nəticəsində 1 ədəd sellofan paketdə, xalis çəkisi 0,411 qram olan metamfetamin və 2 ədəd plastik qabda, cəmi 160 ml həcmində metadon məhlulu aşkar olunub.

Metamfetamin avtomobilin sükanının mərkəzində olan siqnal mexanizmini işə salan plastik örtüyün altında, metadon məhlulu isə sürücü oturacağının altındakı boşluqda aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon məhlulu isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.07.23 / 14:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla