Yuxarı

İbtidai siniflər niyə ikinci növbəyə salınır? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İbtidai siniflər niyə ikinci növbəyə salınır? – Rəsmi

"Yeni məktəblər inşa olunduqca II növbədə dərs keçən siniflərin sayı ilbəil azalacaq".

Bu sözləri Axar.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehli bir çox məktəblərin ibtidai siniflərində dərslərin ikinci növbədə keçirilmə səbəbi ilə bağlı danışarkən bildirib. Nazirlik sözçüsü qeyd edib ki, məktəblərdə təhsil prosesinin təşkili üçün əlverişli şərait yarandıqca II növbədə dərs keçən siniflərin sayı da azalacaq:

"Birinci növbəyə keçmək tədricən baş verəcək. Yeni məktəblər inşa olunduqca, təhsil prosesinin təşkili üçün əlverişli şərait yarandıqca ikinci növbə birdəfəlik aradan qalxacaq".

C.Valehli vurğulayıb ki, ikinövbəlilik problemi hələlik tam aradan qaldırılmayıb:

"Bu müvəqqətidir. Ancaq hər hansı bir məktəbin ikinövbəli olmasına baxmayaraq, I siniflər və buraxılış sinifləri I növbədə təhsil alırlar".

Qeyd edək ki, ötən ilin sonlarında Təhsil Nazirliyi 2014-2017-ci illərdə Azərbaycan məktəblərində ikinci növbənin tamamilə ləğv olunacağını bildirdmişdi. İbtidai siniflərin isə ümumiyyətlə ikinci növbədə təhsil almayacağını vurğulamışdı. Lakin artq yeni dərs ili başlamasına baxmayara, bir çox məktəblərdə, xüsusilə də ibtidai sinif şagirdləri məktəbə ikinci növbədə gedir.

Xatırladaq ki, dünya psixoloqlarının qənaətinə görə, orta məktəb şagirdlərinin, xüsusilə ibtidai siniflərin ikinci növbədə təhsil alması onların qavrama qabiliyyətinə mənfi təsir göstərir.

Tarix
2014.09.16 / 11:57
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Mehdiyevin onların əmlaklarını əlindən alması...

Biləsuvar gömrüyündə nə baş verir? - Video

Tramp 8 deyil, 1 müharibəyə son qoyub

Əliyev Piterə gedəcəkmi? - Bizim üçün çox vacibdir

Rusiya Azərbaycanın mülkünə iddia etdi

İlham Əliyev BƏƏ-də - Foto

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla