Yuxarı

Sabahın hava proqnozu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində avqustun 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında sabah 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 17-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Tarix
2018.08.16 / 13:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla