Yuxarı

Bakıda su nasoslarını oğurlayan şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın mərkəzi küçələrində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxsin ifşa edilməsi istiqamətində Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

DİN-dən Axar.az-a verilən məlumata görə, nəticədə rayon ərazisində mənzillərin girişində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Səfərov saxlanılıb. Araşdırma zamanı onun Səbail və Nəsimi rayonlarında ümumilikdə 36 ədəd su nasosu oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladığını və şəhərin müxtəlif yerlərində satdığını etiraf edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Tarix
2018.08.16 / 14:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla