Ana səhifə Toplum |
Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu, Regional Hüquqi və İqtisadi Maarifləndirmə və Xocalı Soyqırımını Tanıtma İB-nin birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirilib.
Axar.az zəbər verir ki, tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva əsgər və hərbçiləri Bakının 1918-cı il sentyabrın 15-də bolşevik-daşnak silahlı birləşmələrinin əlindən azad edilməsinin 100 illiyi münasibətilə təbrik edib.
Deputat Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə həyata keçirdiyi mühüm tədbirlərdən danışıb:
“Hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. İnanıram ki, o gün uzaqda deyil və Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik o gözəl bölgələrimizdə də Cocuq Mərcanlıdakı kimi bayramlarımızı qeyd edəcəyik. Aprel zəfəri bir daha bütün dünyaya ordumuzun artan gücünü göstərdi. Dostlar sevindi, düşmənlər ciddi təşvişə düşdülər. Ordumuzun daha da inkişafı istiqamətində böyük işlər görülür. Sizin vətənimizi qorumaq istiqamətində ruh yüksəkliyiniz xüsusi əhəmiyyət daşıyır. Allah bu yolda dövlətimizə, millətimizə və ordumuza yardımçı olsun!”
Xocalı Soyqırımını Tanıtma İB-nin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, Qarabağ qazisi Şamil Sabiroğlu 1989-1995-ci illərdə cəbhə bölgələrində qarşılaşdığı maraqlı əhvalatlardan danışıb.
Tədbirin sonunda təşkilatçılar tərəfindən xidmətdə fərqlənən hərbçilərə qiymətli hədiyyələr və Azərbaycan tarixinə dair dəyərli kitablar təqdim olunub.
Tarix
2018.09.12 / 15:52
|
Müəllif
Aygün Yusibova
|