Yuxarı

Bakıda 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək.

“Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisinin koordinatoru Səyyarə Məmmədovanın Axar.az-a veriyi açıqlamaya görə, 2009-cu ildən keçirilən sərginin bu il əhatə dairəsi daha geniş olacaq.

Nümayiş olunacaq yeni texnologiyalar tam olaraq ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib. Bir çox istiqamətlər üzrə məhsullar, texnoloji avadanlıqlar göstəriləcək.

Sərgidə ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, ekoloji təmiz tikinti materialları, yaşıl landşaft dizaynı və turizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunacaq.

Builki sərgidə azyaşlı uşaqlar da unudulmayıb. Uşaqlarda ətraf mühitə həssaslığın formalaşdırılması, onlarda təbiətə sevgi hisslərinin aşılanması üçün xüsusi bir guşə ayrılacaq. Uşaqların diqqətini ətraf mühitin mühafizəsi sahəsinə yönəltmək məqsədilə müxtəlif interaktiv məşğələlər və maraqlı oyunlar keçiriləcək.

Sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, ekoloji təmiz qida və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək və işgüzar görüşlər üçün əlverişli platforma yaratmaqdır.

Tarix
2018.09.20 / 11:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla