Yuxarı

Bakı metrosunda yenilik: İndi əlillər də… - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bundan sonra əlillər də arabaları ilə metropolitendən istifadə edə biləcək.

Bu barədə Axar.az-a “Bakı Metropoliteni”ndən məlumat verilib.

"Bakı Metropoliteni" rəhbərliyi sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsi üçün işlərlə bağlı tapşırıq verib. Müvafiq araşdırma və müzakirələrin aparılması məqsədilə “Bakı Metropoliteni” sədrinin tapşırığına əsasən xüsusi işçi qrup yaradılıb. Məsələnin texniki həlli baxımından beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib. Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib.

Layihənin həyata keçirilməsi üçün bəzi texniki işlər yerinə yetirilməli, müvafiq qaydalar işlənib hazırlanmalıdır. Stansiyalarda konstruktiv hər hansı dəyişiklik nəzərdə tutulmasa da, vaqonlarda (son illərdə alınan müasir tipli 5 qatar istisna olmaqla) əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb.

Layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə məsləhətləşmələr aparılır. Layihə qısa zaman ərzində yekunlaşdırılaraq ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, hazırda 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb”, - metropolitendən bildirilib

Tarix
2018.09.21 / 12:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

Makron geri çağırdığı səfiri niyə Bakıya qaytardı? - İsti şərh

Almatı Bəyannaməsi sərhəd varmı? - Tam mətn

Türk ordusu bu ölkəyə girir: 300 km en, 40 km dərinlik…

Makronun geri çağırdığı səfir Bakıya qayıtdı

AŞ-dən Bakı-İrəvan arasındakı razılaşmaya reaksiya

Başkəndin İrəvana verilməsi… - Musabəyov “düzəltdi”

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla