Yuxarı

Türkiyədəki tanınmışlarımız Etimadla bağlı nələr yazdı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 19-u Türkiyənin İstanbul şəhərində şəxsi ofisində başından və ürəyindən vurularaq öldürülən azərbaycanlı iş adamı, sabiq baş prokuror İlyas İsmayılovun oğlu Etimad İsmayılovun ölümü Türkiyədə yaşayan həmyerlilərimizi də üzüb.

Axar.az xəbər verir ki, qardaş ölkədə yaşayan azərbaycanlılar E.İsmayılovun ölümü ilə bağlı fikirlərini sosial şəbəkələrdə paylaşıblar.

Şair Məmməd İsmayıl:

“Bəd xəbər atlı olur deyirdilər bir zamanlar. İndi isə sürətinə sürət çatmır. İnternet gecənin bu gec çağında yenə ünvanıma iki ağır xəbər çatdırdı. İki eloğlum, iki tovuzlu - Novruz əmi və Etimad İsmayılov dünyasını dəyişib. Bu xəbərlər gözlənilməzliyi qədər də ağırdır.

Oğlunu zamansız itirən İlyas müəllimə (İsmayılova) dərin hüznlə başsağlığı verirəm”.

Sabiq deputat Aqil Səmədbəyli:

“İstanbulda Etimad İsmayılovun evindəyik. Dərin bir hüzn var. Dəli-dolu, gerçək bir vətənsevəri itirmək çox ağırdır. Sevil xanım (tanınmış jurnalist Sevil Nuriyeva, mərhumun həyat yoldaşı – red.) mətin olmağa çalışır. Çox çətindir. Arxa-arxaya Asəf Orucov, Novruz Həsənov və Etimad İsmayılov. Üçü də millətin xəzinəsindən getdi. Məkanınız cənnət olsun...”

Professor Toğrul İsmayıl:

“Sözün bitdiyi yer. Duyduğum ən acı xəbər. Çox dəyər verdiyim və hər zaman dostluğumuzla qürur duyduğum “Star” qəzetinin köşə yazarı, həqiqi jurnalist, Azərbaycan və Türkiyə sevdalısı, əziz bacım Sevil Nuriyevanın həyat yoldaşı Etimad bəy ofisində vəhşicəsinə qətlə yetirilib.

Sevil xanıma Allahdan səbir, Etimad bəyə isə rəhmət diləyirəm. Məkanı cənnət olsun, nur içində yatsın, ruhu şad olsun, başımız sağ olsun”.

Professor Aygün Attar:

“Qürbətdən cənazə gedir vətənə. Ailəsindən, uşağından doymadan doyunca yaşayamadığı doğma torpağına yol alır Etimad İsmayılov.

Yar-yoldaşından, evindən-eşiyindən ayrılaraq çox gənc yaşda tabutla gedir son səfər üçün Azərbaycana. Sözlərin ifadə etməkdə çətinlik çəkdiyi faciənin açdığı yaranı xəfiflətmək üçün əlimizdən heç nə gəlmir. Başın sağ olsun, Sevil, oğluna sarıl, dua edənlərin sözləri eşidiləcək və sənə səbir, mətanət olaraq geri dönəcək.

Anamın vəfatında İstanbuldan Bakıya qədər dil deyib ağlamışdım təyyarədə. Qürbətdən cənazə götürmək qürbətdən cənazəyə getməkdən daha çətindir.

Yükün ağırdır, bilirəm. Allah bu yükü daşıyacaq güc versin sənə. Onu çox sevirdin, bilirəm, amma səni çox sevən onun yadigarı üçün mətin olmalısan. Başın sağ olsun, Sevil, həyat yoldaşının məkanı cənnət olsun. Allah rəhmət etsin”.

Jurnalist Furkan Azəri:

“Dünən ofisində alçaqca, xaincə qətlə yetirilən Etimad İsmayilovun Yeni Camidə cənazə namazı qılındı. Mərhumun cənazə törəninə iş dünyasından, mediadan və başda sabiq baş nazir Əhməd Davudoğlu, İstanbul əmniyyət müdiri Mustafa Çalışqan olmaqla, bir çox siyasətçi qatılmışdı.

İsmayılovun həyat yoldaşı dəyərli Sevil Nuriyevanın duruşu və uşaqlarının o hər şeydən xəbərsiz sağa-sola qaçması hər kəsi kədərləndirdi.

Bu cinayəti törədənlərə, bu işdə əli olanlara Allah lənət etsin, inşallah, şərəfsizlər layiqli cəzalarını alacaqlar”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbuldakı ofisində 19 sentyabrda silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə yarası alan İsmayılov xəstəxanaya çatıdırlsa da, həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan, Azərbaycan DİN-in keçmiş polkovniki, uzun müddətdir Türkiyədə yaşayan və iş adamı olduğu bildirilən Gözəl Damirovun yaxalanması üçün polis əməliyyatlara başlayıb və o, 3 saatdan sonra Beşiktaşda sürücüsü ilə birgə tutulub.

E.İsmayılov bu gün Nardaran qəbiristanlığında torpağa tapşırılıb.

Tarix
2018.09.21 / 13:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Başkəndin İrəvana verilməsi… - Musabəyov “düzəltdi”

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla