Yuxarı

Bakını sel niyə basdı – “Azərsu” açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakını bürüyən sel suları mətbuatda və sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan birinə çevrildi. Qısamüddətli leysan xarakterli yağış Bakının mərkəzində yolların su altında qalmasına səbəb oldu.

Axar.az xəbər verir ki, yağışın bu cür ciddi fəsadlar yaratmasının səbəbi haqqında Musavat.com-a danışan Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıl bildirib ki, 1 saat ərzində Bakıya aylıq yağıntı normasından daha artıq yağış yağıb: "Qısa müddətdə intensiv və leysan xarakterli yağış bəzi yerlərdə fəsadların yaranmasına səbəb oldu. Bəzi ərazilərdə bizim xətlərimizin bu suları daşımağa gücü çatmadı. Ona görə də biz məcburiyyət qarşısında qalıb Bulvar ərazisindən keçən sənayə kollektorunu açmalı olduq. Bu istiqamətdə iki nöqtədə təxliyə xətlərimiz var. O xətlər vasitəsilə suları dənizə buraxdıq ki, bu sistem suları götürə bilsin. Yəni suyun həcminin həddindən artıq çox olması müəyyən ərazilərdə yığılmalara səbəb oldu. Bununla belə, bizim Bakı Su Kanal İdarəsi, rəhbərləri də daxil olmaqla ərazilərə cəlb olundular. Hazırda da bizim layihə departamentinin əməkdaşları da ərazidə işləyirlər. Fəsadlı yerlərdə suyun yığılmasının səbəblərini araşdırırlar. Həlli yolları ilə bağlı yəqin ki, təkliflər hazırlayacağıq".

A.Cəbrayıl onu da vurğulayıb ki, suyun belə fəsadlar verməsinin səbəbi qısa zamanda yağıntının miqdarının həddindən artıq çox olmasıdır:

"Bakıya aylıq normanın 122 faizi qədər yağıntı düşüb. Sentyabr ayında yağıntının orta göstəricisi 17 mm-dir. Ancaq yarım saat ərazində 21 mm yağıntı düşüb. Yəni aylıq normadan 22 faiz çox. Bizim qurum, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hazırda bu problemləri aradan qaldırmağa çalışırıq. Ən çox Neftçilər prospektində fəsadlar oldu. Bildiyiniz kimi Bakı amfiteatr formasındadır. Bütün sular axaraq orada toplanır. Bir yerdə istinad divarları uçdu. Bunun özü yağıntının çoxluğundan xəbər verir. Binəqədi şosesində isə ötən il yeni kollektorların qurulması səbəbindən hər hansı problem yaşanmadı".

Tarix
2018.09.23 / 17:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla