Yuxarı

Bakının bu rayonunda qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Axar.az-a verilən məlumata görə payız – qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən yararsız qaz xətlərinin yeni çəlikmiş borularla əvəz edilməsi, həmçinin Nizami rayonu Qara Qarayev 102 ünvanında diametri 325mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş polietilen 315 mm-lik qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində məhdudiyyət olacaq.

Zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində, eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsinin də qaz təchizatına fasilə yaranması mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Tarix
2018.09.25 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla