Yuxarı

Nəqliyyat qoçuları sürücünün 300 manat pulunu mənimsədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəqliyyat qoçuları sürücünün 300 manat pulunu mənimsədi

Nəqliyyat Nazirliyinin işçilərinin qanunsuzluğu ilə bağlı daha bir fakt Xəzər Rayon Prokurorluğunda araşdırılır.

Xanlar Mahmudovun Axar.az-a dediyinə görə, sentyabrın 13-də NN-in işçiləri onun avtomobilindən 295 AZN pul, avtomobilinin və özünün sənədlərini götürərək yoxa çıxıblar.

Hadisə Qala qəsəbəsində olub: "Nəqliyyat Nazirliyinin işçiləri seriya nömrəsi 340 olan "Daevoo Neksia" avtomobili ilə məni saxladı. Heç bir sənəd istəmədən 60 manat pul tələb etdilər. Təbii ki, mən o pulu heç bir səbəb olmadan vermək istəmədim. Bundan sonra biri avtomobilin çölündən əl-qolumu tutdu, o biri isə maşının içinə girib 295 manat pulumu, maşının açarını, sonra isə köynəyimin cibindən şəxsiyyət vəsiqəmi və maşının sənədlərini götürdü. Axırda çöldən əl qolumu tutan şəxs yumruqla avtomobilin güzgüsünü sındırdı və hər ikisi öz avtomobillərinə oturub getdilər.

Hadisədən dərhal sonra Xəzər Rayon Polis Şöbəsinə şikayət ərizəsi yazdım. Onlar isə Xəzər Rayon Prokurorluğuna yönləndirdilər. Oktyabr ayının 3-də Binəqədi rayonunda yerləşən Nəqliyyat Nazirliyinin ekspedisiya şöbəsinin müdiri Emin müəllimin yanında oldum. O, kimliyimin və avtomobilimin texniki pasportunun onda olduğunu desə də, pulumun və avtomobilimin açarının onlarda olmasını dandı. Hazırda işə Xəzər rayon prokurorluğu baxır. Hələ ki, heç bir xəbər yoxdur".

İlk iş günündə Nəqliyyat Nazirliyinin mövqeyini öyrənməyə çalışacağıq.

Tarix
2014.10.07 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi

Prezident Berdiməhəmmədovu Füzulidə qarşıladı

Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür

Baş nazirdən yeni qərar

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla