Yuxarı

AQTA rüsumların 50 faizini özünə götürəcək - Qanun

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Dövlət rüsumu haqqında” Qanununda dəyişikliklər edib.

Axar.az xəbər verir ki, bu barədə deputatlara Ağalar Vəliyev məlumat verib.

Deputat bildirib ki, dəyişikliklərə əsasən, Qida Təhlükəsizliyi Agentliyinin topladığı rüsumların 50 faizi dövlət büdcəsinə keçiriləcək, 50 faizi isə agentliyin büdcəsində saxlanılacaq.

Onun sözlərinə görə, bu addım agentliyin əməkdaşlarının sosial rifahının gücləndirilməsinə xidmət edəcək.

Komitə sədri Əli Hüseynli isə bildirib ki, indiyə qədər bir sıra dövlət qurumlarında bu cür addımlar atılıb və effektiv nəticəsi olub:

“Qida Təhlükəsizliyi Agentliyinin şəffaf fəaliyyəti göz önündədir. Agentlikdə ASAN Xidmət modelinə uyğun şəffaflıq müşahidə edirik”.

Qanuna dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.

Tarix
2018.10.12 / 16:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla