Yuxarı

Hüquq müdafiəçiləri Kriti Vüsalla görüşdülər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavinləri Əliməmməd Nuriyev, Elçin Şirinov və ekspert Qartal Hüseynov cənub bölgəsini əhatə edən rayonların Polis Şöbələrində monitorinq keçirib.

Komitə sədri Tural Hüseynov Report-a bildirib ki, hüquq müdafiəçiləri Astara, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad və Neftçala rayon Polis Şöbələrinin saxlanma yerlərinə baxış keçirib, orada saxlanılan şəxsləra baş çəkib:

“Masallı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yeri təmirə bağlanıb. Digər rayon Polis Şöbələrinin saxlanma yerlərində isə vəziyyət qənaətbəxş idi. Saxlanılan şəxslərin böyük əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərdir. Bundan başqa, saxlanılanlar arasında aliment ödəməkdən yayındığına və xırda talamaya görə tutulanlar da var idi. Saxlanılan şəxslər onlara qarşı rəftardan və saxlanma şəraitindən heç bir şikayət etmədilər”.

T.Hüseynov həmçinin bildirib ki, hüquq müdafiəçiləri Yardımlı rayon Polis Şöbəsində saxlanılan “Kriti Vüsal” ləqəbi ilə tanınan kriminal avtoritet Vüsal Nuriyevlə də görüşüblər:

“Vüsal Nuriyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir. Saxlanılan şəxs ona qarşı rəftardan və saxlanma şəraitindən heç bir şikayət etmədi”.

Tarix
2018.10.15 / 13:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla