Yuxarı

Məmmədyarov Rəşid Meredovla görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Xarici İşlər naziri Elmar Məmmədyarov, Türkmənistan tərəfindən isə Nazirlər Kabineti sədrinin müavini, Xarici İşlər naziri Rəşid Meredov rəhbərlik ediblər.

Həmsöhbətlər iki qonşu ölkə arasında ənənəvi əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı prioritetlərinin dövlət başçıları tərəfindən müəyyən edildiyini diqqətə çatdırıblar.

Bu xüsusda, R.Meredov Bakıya etdiyi səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini minnətdarlıq hissi ilə vurğulayıb.

M.Məmmədyarov məsləhətləşmələrin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək, onların ikitərəfli münasibətlərin geniş gündəliyi üzrə müxtəlif məsələlər ətrafında müvqelərin əlaqələndirilməsi üçün gözəl imkan yaratdığını qeyd edib.

Məsləhətləşmələr çərçivəsində tərəflər siyasi-diplomatik, o cümlədən ən yüksək səviyyədə səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirəələr aparılıb. Aktau zirvə toplantısında imzalanmış Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyanın tarixi əhəmiyyəti bir daha önə çəkib.

İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqda müşahidə edilən müsbət dinamika qeyd edilərək, onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə, ayrı-ayrı dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri müzakirə edilib. Logistika, sənaye və mədəni-humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulanıb.

Görüş əsnasında R.Meredov beynəlxalq təşkilatlarda, ilk növbədə BMT sisteminə daxil olan qurumlarda Türkmənistanın təşəbbüslərinin nəinki sadəcə dəstəklənməsi, bir çox hallarda onlara həmmüəlif olaraq qoşulmasına görə Azərbaycan tərəfinə dərin təşəkkür bildirib.

Nazir E.Məmmədyarov öz tərəfindən beynəlxalq təşkilatlarda müxtəlif məsələlər üzrə, ən başlıcası isə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Türkmənistan tərəfinə minnətdarlıq ifadə edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərməsi, ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, o cümlədən qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Məsləhətləşmələrin yekunlarına dair nazirlər səviyyəsində Azərbaycan Respublikasının XİN-i və Türkmənistanın XİN-i arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb.

Tarix
2018.10.18 / 16:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla