Yuxarı

Azərbaycan buna görə MDB-də liderdir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB dövlətləri ilə müqayisədə liderdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu barədə Dünya İqtisadi Forumu 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nda qeyd edilib.

Hesabata əsasən, “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir. Bu indeks üzrə ABŞ 1-ci yeri, Sinqapur 2-ci yeri, Almaniya isə 3-cü yeri tutub.

Azərbaycan sözügedən hesabatın “İnstitutlar” göstəricisi üzrə 58-ci, İnfrastruktur göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi göstəricisi üzrə 69-cu yerdədir.

Bundan başqa, ölkəmiz hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, İnternet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub.

“İnfrastruktur” göstəricisinin “Hava nəqliyyatında xidmətlərinin effektivliyi” alt-göstəricisi üzrə ölkəmiz 12-ci, “Qatar xidmətlərinin keyfiyyəti” üzrə 17-ci, “Dəmir yollarının sıxlığı” alt-göstəricisi üzrə 32-ci, “Yolların keyfiyyəti” üzrə 34-cü yeri tutub.

Tarix
2018.10.19 / 15:42
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla