Yuxarı

Qəzaya düşən zəvvarlara kompensasiya ödənəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzaya düşən zəvvarlara kompensasiya ödənəcək

Qəzaya uğrayan zəvvarlara dəymiş zərəri "Azsığorta" şirkəti ödəyəcək.

Axar.az xəbər verir ki, bu barədə şirkətdən "fins.az" saytına bu gün Biləsuvar yolunda 3 zəvvarın ölümü, 5-nin ağır yaralanması ilə nəticələnən ağır qəza ilə bağlı məlumat verərkən bildiriblər.

"Azsığorta" şirkətindən verilən məlumata görə, avtobusda olan zəvvarlar fərdi qəza sığortası üzrə sığortalı olub. Qəza ilə bağlı sığorta şirkətinə səhər saatlarında müraciət olunub. Şirkətdən bildirilib ki, qəza ilə bağlı istintaq prosesi yekunlaşandan sonra zərərçəkən sərnişinlərə görə sığorta ödənişi veriləcək.

Məlumat üçün bildirək ki, "İcbari sığortalar haqqında" qanuna əsasən, qəzada həlak olan sərnişinlərin yaxınlarına 5000, zərərçəkən digər sərnişinlərə isə xəsarətlərin dərəcəsindən aslı olaraq 750 manatdan 4000 manata qədər kompensasiya verilməlidir.

Qeyd edək ki, bu gün səhər saatlarında Biləsuvar rayonunda zəvvarları aparan avtobus qəzaya uğrayıb. Bakı-Astara yolunun 91-ci kilometrliyində sərnişin avtobusu idarəetməni itirərək yol kənarına aşıb. Qəza nəticəsində 3 sərnişin aldığı xəsarətlərdən vəfat edib. 5 nəfər ağır xəsarət alıb, bir nəfərin isə qabırğaları qırılıb. Digər zəvvarlar isə yüngül xəsarət alıb. Əlavə edək ki, İranın Məşhəd şəhərinə ziyarətə gedən avtobusun 34 sərnişini Neftçala rayon, bir nəfər qadın isə Astara rayon sakinləridir.

İlkin ehtimala görə, qəzaya səbəb iranlı sürücünün sükan arxasında yuxulaması olub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.10.14 / 02:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla