Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Azərbaycanda yarım milyon əlil var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 dekabr "Beynəlxalq Əlillər Günü" Sosial Xidmətlərə Təşəbbüs İB (SXT) tərəfindən qeyd edilib. Tədbir əlilliyi olan şəxslərin problemlərinə diqqəti cəlb etmək, eyni zamanda təşkilatın beş illik fəaliyyəti ilə bağlı hesabat xarakteri daşıyırdı. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məsul şəxsləri, UNİCEF-in Bakı nümayəndəliyinin rəsmiləri, müvafiq QHT-lər, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.

1992-ci ildən BMT-nin Baş Assambleyasının qərarı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Azərbaycan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya 2 oktyabr 2008-ci ildə qoşulub. Ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 520 793 əlilliyi olan şəxs var. Onlardan 62 886 nəfəri uşaqlardır.

Sosial Xidmətlər Təşəbbüsü İctimai Birliyi 2008-ci ildən əlilliyi olan insanların hüquqlarını müdafiə edir və öz fəaliyyətlərində BMT Əlilliyi Olan Şəxslərin Hüquqlarına dair Konvensiyasının təyin etdiyi prinsip və dəyərləri rəhbər tutur.

Yalnız 2013-cü ildə təşkilat 400 əlilliyi olan uşağa xidmət göstərib.

Təşkilat 4 ildir Səyyar Xidmət Layihəsi ilə Quba və İsmayıllı rayonlarında olan uşaqlara, son ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Oğuz, Qəbələ, Ağsu, Şamaxı, Qobustan rayonlarındakı uşaqlara evdə reabilitasiya xidmətləri, Sumqayıt şəhərindəki Uşaq İnkişaf Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş reabilitasiya xidmətləri göstərir.

SXT Əlilliyi Olan Şəxslərin Hüquqlarına dair BMT Konvensiyası Haqqında Maarifləndirmə Layihəsi, De-İnstitutlaşma Pilot Layihəsi, Reabilitasiya Xidmətlərinin Gücləndirilməsi Layihəsi, İnkişaf və İştirak üçün İdman Layihəsi ilə cəmiyyətin həssas qruplarına yardımını göstərib.

Tarix
2013.12.03 / 16:27
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Erməni generaldan şok etiraf: Azərbaycanlı əsirə…

Dəhşətli hadisədə adı hallanan rəis otağında niyə döyülmüşdü?

Azərbaycanda 147 süni göl ləğv edildi

Məni Elmarla dəyişik salıb sual verirlər ki... - Çavuşoğlu

Sərhəddə atışma: DSX rəisi hadisə yerinə getdi – Foto

Azərbaycana yay gəldi

Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi

Bakıda qəribə olay: sahibi öz maşınını qaçırdı – Səbəb

Sabah hava necə olacaq?

Nazirin dünən işdən çıxartdığı rəisə vəzifə verildi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla