Yuxarı

Nazirlik sahibsiz itlərə yiyə çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Sumqayıtda qanunsuz olaraq sahibsiz küçə itlərinin güllələnməsi ilə bağlı yayılan görüntülər narazılığa səbəb olmuşdu. Sumqayıt İcra Hakimiyyətindən məsələ ilə bağlı verilən açıqlamada görüntülərin köhnə olduğu bildirildi.

Lakin son günlər Bakı və Sumqayıt küçələrində həddən artıq artan sahibsiz itlər əhalinin narahatlığına səbəb olur. İtlərin amansızcasına silahla öldürülməsini heç bir vətəndaş istəməsə də, problemin birdəfəlik həll edilməsini tələb edirlər.

Artıq uzun müddətdir ki, Bakı və Sumqayıtın hətta bir çox mərkəzi küçələrində belə sahibsiz it sürülərinə rast gəlmək mümkündür. Bu da olduqca böyük təhlükədən xəbər verir.

Məsələ ilə bağlı Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sahibsiz heyvanlara qarşı rəhmsiz hərəkətlər cəzasız qalmayacaq:

“Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir. Sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayırıq və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparılır”.

Nazirlikdən bildirilib ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb.

Tarix
2018.11.07 / 10:19
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla