Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Fevral 2019


Özbəkistanla gömrük müqaviləsi imzalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Zoxid Dusanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Gömrük Xidmətinin rəhbərliyi ilə görüşü keçirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Özbəkistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb.

Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan DGK sədri bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. "Lakin bununla kifayətlənməməli, səylərimizi daha da gücləndirməliyik" - deyə sözünə davam edən Komitə sədri Azərbaycan və Özbəkistan gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin zəruriliyini nəzərə çatdırıb.

Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin həcminin artırılmasının önəminə də diqqət çəkən A.Əliyev qeyd edib ki, iki ölkənin iqtisadi-ticari əlaqələrinin indiki səviyyəsi tərəflərin potensialına uyğun deyil və imkanlardan maksimum yararlanmaq lazımdır. Komitə sədri ümidvar olduğunu bildirib ki, özbək həmkarının Azərbaycana səfəri əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcək.

Z.Dusanov qeyd edib ki, Azərbaycan və Özbəkistan gömrükləri arasında əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyur və bu gün tərəflər arasında ilk dəfə keçirilən görüş qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına öz töhfəsini verəcək. İkitərəfli əlaqələrin daha da genişlənməsi üçün həqiqətən də böyük potensialın olduğunu deyən qonaq buna həm Özbəkistanın, həm də Azərbaycanın inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini bildirib.

Sonra görüşdə gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının, kadr potensialının gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Görüşün sonunda isə Azərbaycan və Özbəkistan gömrük xidmətləri arasında iki sənəd - "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Protokol" və "2015-2016-cı illər üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində İkitərəfli Əməkdaşlıq Planı" imzalanıb.
Sənədləri Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri A.Əliyev və Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Z.Dusanov imzalayıblar.

Daha sonra Özbəkistan nümayəndə heyəti Azərbaycan Dövlət Gömrük Komitəsinin infrastrukturu ilə tanış olub, informasiya-kommunikasiya texnologiyaları, eləcə də "elektron sənəd" dövriyyəsi və "elektron imza"nın tətbiqi məsələlərini nəzərdən keçiriblər. Eyni zamanda, qonaqlar Dövlət Gömrük Komitəsində "Hədəf" Mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar, Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalına da baş çəkiblər.

Özbəkistan nümayəndə heyəti, həmçinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük-buraxılış məntəqəsinə səfər edib.

Tarix
2014.10.16 / 16:51
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

4 il qəhrəmanlıqla mübarizə aparan Azərbaycan kəndi... - 27 il

Mehriban Əliyevanın adından "İmamzadə"də ehsan verildi

İlham Əliyev Moskvadakı təxribatı nəzarətə götürdü - Video

Səfirdən maraqlı təşəbbüs: Qətərdə dilimiz tədris ediləcək

Tələbəyə yazılan qanunsuz cərimə ilə bağlı – Rəsmi cavab

Prezidentdən Siyavuş Novruzovla bağlı - Sərəncam

Bakıya qar yağacaq - Proqnoz

Deputat şagirdlərə hədiyyələr verdi

Bakıda dələduzluğa görə üç ildir axtarışda olan şəxs tutuldu

Bələdiyyələrin borcları bağışlansın - Ekspertdən təklif

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla