Yuxarı

Hava yenidən kəskin soyuyur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hava yenidən kəskin soyuyur

Azərbaycanda uzun müddət davam edən mülayim hava şəraitindən sonra hava kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə deyib ki, uzun müddət davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, axşama doğru isə kəskinləşəcəyi gözlənilir.

Gün ərzində arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru daha da şiddətlənəcək. Güclü küləkli hava şəraiti oktyabrın 20-si gündüzə kimi davam edəcək. Oktyabrın 19-da axşam və oktyabrın 20-də gecə və səhər saatlarında yağış yağacağı gözlənilir.
Oktyabrın 19-da havanın temperaturu günün birinci yarısında 20-25 dərəcə isti təşkil etsə də, axşam saatlarından başlayaraq şimal küləyinin güclənməsi ilə əlaqədar temperatur 10-12 dərəcə enəcək. Oktyabrın 20-də gecə və gündüz saatlarında havanın temperaturu 10-14 dərəcə isti olacaq.

Respublikanın rayonlarında isə havanın dəyişməsinə səbəb olan proses bir qədər tez başlayacaq. Proses oktyabrın 19-da səhər saatlarında şimal və qərb rayonlarından başlayacaq. Gün ərzində isə bu proses artıq əksər rayonları əhatə edəcək, hava şəraiti kəskin dəyişəcək, yağıntı müşahidə ediləcək. Bəzi rayonlarda yağıntıların intensiv olacağı ehtimalı var.

Oktyabrın 19-da və oktyabrın 20-si gündüzə kimi rayonlarda qərb küləyinin güclənəcəyi gözlənilir. Oktyabrın 20-də temperaturun ötən günlərlə müqayisədə 8-12 dərəcə enəcəyi proqnozlaşdırılır. İntensiv yağıntılar nəticəsində çaylarda sululuğun artacağı ehtimalı var.

U.Tağıyeva bildirib ki, bu proses kəskin olsa da, qısamüddətli olacaq.

Tarix
2014.10.17 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla