Yuxarı

DİN-dən sosial şəbəkə istifadəçilərinə - Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərlərdən istifadə etməməyi tövsiyə edirik.

Məlumat üçün bir daha xatırlatmaq yerinə düşərdi ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərir.

Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından Feysbuk, İnstaqram, Tvitter və Yutub hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:

Fesybuk - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

keçid linki (https://www.facebook.com/mia.gov.az/)

İnstaqram– azerbaycan.din

keçid linki - (https://www.instagram.com/azerbaycan.din/)

Yutub- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

keçid linki - (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMG...

Tvitter - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan)

Tarix
2018.11.12 / 15:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla