Yuxarı

“Yeni şəhər” vətəndaşların həyatını necə təhlükəyə atıb? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Yeni şəhər” vətəndaşların həyatını necə təhlükəyə atıb? - Foto

Bakının Bayıl ərazisində "Yeni şəhər" yaşayış kompleksinin sakinlərinin başı dərddədir. Binalar məsuliyyətsiz və tikinti normalarına ziddi inşa olunduğu üçün yenidən tikilir.

Axar.az-a verilən məlumata görə, bir müddət əvvəl yaşayış binalarında çatlar əmələ gəlib və bu vəziyyətdən həyəcanlanan sakinlər dərhal Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.

FHN-nin əməkdaşlarının kompleksə keçirdiyi baxış zamanı tikinti normalarına əməl olunmadığı aşkarlanıb. Nazirlik qəzalı vəziyyətdə olan evlər barəsində akt tərtib edərək Bakı Şəhər İcra Hakimiyyətinə göndərib.
Sakinlərin məlumatına görə, artıq Almaniyadan dəvət olunmuş tikinti mütəxəssisləri binalarda yaranmış çatların müasir texnologiyalar vasitəsilə qarşısını alıblar. Ardınca isə kompleks yarımçıq sökülərək yenidən inşa edilməyə başlayıb. Burada yaşayan insanlar isə müvəqqəti köçürülüblər.

Sakinlər deyirlər ki, vaxtında FHN-ə müraciət olunmasaydı, böyük fəlakət baş verəcəkdi. Onlar tikinti şirkətini ittiham edərək bildirirlər ki, "Yeni şəhər" kompleksinin rəhbərliyi vətəndaşların taleyinə biganə yanaşaraq mənzilləri tələm-tələsik, normativ aktlara cavab verməyən səviyyədə inşa edib. Nəticədə şirkət ikiqat ziyana düşüb.

Qeyd edək ki, bu binalar Səbayel rayonu, "20-ci sahə" adlanan yaşayış massivi ilə Bayıl arasında yol üstündə yerləşir. Hazırda binaların tikintisi davam edir. Yüzlərlə ailə isə başqa ünvana köçürülüb.

Tarix
2014.10.18 / 01:06
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla