Yuxarı

Bakıda bağça müdiri barəsində cinayət işi başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova barəsində cinayət işi başlanılıb.

Report-un əldə etdiyi məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Belə ki, Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi Firuzə Tağıyeva tərəfindən zorakılığa məruz qalmasından sonra valideyinlərin şikayəti əsasında N.Müseyibova barəsində də cinayət işi başlanılıb.

Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınır.

Yasamal Rayon Prokurorluğunda araşdırılan cinayət işi artıq yekunlaşaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hüseyn Səfərovun icraatına verilib.

Məhkəmənin vaxtı isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi Firuzə Tağıyeva tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə video görüntülər sosial şəbəkədə yayılandan sonra F.Tağıyeva barəsində cinayət işi başlanılıb.

Bağçanın müdiri N.Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Tağıyevanın barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Tarix
2018.11.14 / 10:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla