Yuxarı

Azərbaycan dilini bilməyən burda oturmasın - Spiker

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dili dövlət dilidir, erməni olmur, kim olur-olsun, bu dili bilib, gəlib burada oturmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri spiker Oqtay Əsədov Milli Məclisdə deputatların mütləq Azərbaycan dilində çıxış etməsi ilə bağlı tələblərə etirazına münasibət bildirərkən deyib.

Spiker bildirib ki, bütün deputatlar Azərbaycan dilində danışmağı bacarmalıdır:

“Mən burada erməni, ya da başqa dildə tərcüməçi otuzdurmalı deyiləm ki? Azərbaycanda olan ermənilər hamısı Azərbaycan dilini yaxşı bilir. Kim Azərbaycan dilini bilmirsə, burada oturmamalıdır”.

Qeyd edək ki, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə iclasların Azərbaycan dilində keçirilməli olduğunu deyib. Lakin, onun sözlərinə görə, digər xalqların nümayəndəsi Azərbaycan dilində danışmaya bilər:

“Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və səkkizi gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Onlardan elələri var ki, dili bilir, elələri var ki, dili bilmir. Yaxud da Azərbaycanda yaşayan digər xalqların nümayəndələri deputat seçilə bilər. Həmin şəxslərə öz dilində danışmaq hüququ verilməlidir”.

Tarix
2018.11.15 / 13:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla