Şabranın Uzunboyad kəndində baş verən rüsvayçı hadisənin
təfərrüatı məlum olub.
İlk olaraq Axar.az-ın yaydığı və daha
sonra ANS-in də araşdırdığı evli kişinin evli qadını qaçırması
haqda müdhiş detallar var.
***
Əvvəla ondan başlayaq ki, əslən Sumqayıtın Corat qəsəbəsindən
olan İlham Atayev qonşusunun həyat yoldaşı, 21 yaşlı Siyəzən sakini
Gülər Məmmədovanı qaçırıb. Gülərin də, İlhamın da iki övladı
var.
Axar.az-a danışan yerli sakinlərdən biri baş verənlərin hekayəsini
belə nəql edib:
"İlham Günay adlı qızla evlidir və ondan iki uşağı var. Ancaq
boşanmışdılar. Çünki oğlan narkomanlıq edirdi. Hətta məhkumluq
həyatı yaşayıb.
Həbsdən çıxdıqdan sonra qayınatası ailənin dağılmasının
qarşısını almaq üçün onları barışdırdı, İlhamı Coratda
narkomanların mühitindən uzaqlaşdırdı, gətirib Uzunboyadda torpaq
aldı, ev tikib, saxlamağa mal-qara verdi. Təki narkomanlıqdan
uzaqlaşsın. Kənddə yaşadığı müddətdə də İlhamın indi qaçırdığı
Gülərlə münasibəti yaranıb, görüşməyə başlayıblar".
***
Şabran sakini bildirir ki, bu münasibətin yaranmasından kənddə
çox adam xəbər tutub:
"Hətta bir dəfə Gülərin əri Rəşad Məmmədov onu İlhamla bir yerdə
görüb. Onların arasında mübahisə düşüb və İlham Rəşada arvadını
yığışdırmağı tələb edib.
Rəşad da Gülərin atasına xəbər edib ki, qızını yığışdır. Lakin
bu da Gülərin İlham Atayevlə gizlin görüşlərinə təsir etməyib.
Əslində, Rəşad o qızı sevməyib, məcburi alıblar. Rəşadın kasıb,
sakit ailəsi var. Gülər isə kənddə yalançı kimi tanınıb".
Mənbə danışır ki, gəlinin hərəkətlərinin ən pik nöqtəsi
qaynanasının intiharı olub:
"Deyilənə görə, bir müddət əvvəl Rəşadın anası Gülərin
hərəkətlərinə dözməyərək özünü yandırıb. Ondan sonra rayon
xəstəxanasında müalicə olunsa da, həyatını xilas etmək mümkün
olmayıb".
Məlumatda bildirilir ki, bütün bu hadisələrin sonunda İlham və
Gülər qaçış planı hazırlayıblar:
"İlhamın həyətində olan mal-qarasını da satıb gediblər. Gülər də
uşaqlarını atası evində qoyub. Kənd camaatı isə onlara qəzəblidir.
Çünki hər ikisi yerli adam deyil və kəndin adını batırıblar".
***
Qeyd edək ki, İ.Atayevin həyat yoldaşı Günay ANS-in əməkdaşına
qapını açmayaraq, bu işlərdən xəbərsiz olduğunu deyib. Arvadı
Atayevə qoşulan Rəşad isə bildirib ki, Gülər ayın 12-i atası evinə
gedib. İki gün sonra isə ordan İlhama qoşularaq qaçıb. İndi Rəşad
həyat yoldaşından uşaqlarını tələb edir. Hazırda Şabranda baş verən
bu hadisəni Siyəzən polisi araşdırır.
Çünki Gülərin atası Siyəzən sakini Şərifxan Hacıyev qızının
itkin düşməsi ilə bağlı 102 xidmətinə və polis şöbəsinə müraciət
edib. Polis isə bildirib ki, Gülər artıq atası evinə qayıdıb.