Yuxarı

Qarayev Osipovla görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Sankt-Peterburqa səfəri çərçivəsində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının baş katibi Yuri Osipov ilə görüşüb.

Axar.az xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev və Azərbaycan nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin şəhərdəki Qoroxova küçəsi, 6 saylı binanın fasadına vurulmuş barelyefinin önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Ulu Öndər 1949-1950-ci illərdə bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində təhsil alıb. Xatirə lövhəsinin açılışı 2013-cü il dekabrın 12-də keçirilib.

Tavriçeski sarayında Əbülfəs Qarayevlə Yuri Osipov arasında keçirilən görüşdə ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə inkişaf etdiyi vurğulanıb.

Yuri Osipov bildirib ki, Parlamentlərarası Assambleya Sankt-Peterburqda yerləşən yeganə beynəlxalq təşkilatdır. Assambleya tarixi binada yerləşir, Tavriçeski sarayı ötən əsrin əvvəlində Rusiya imperiyasının ilk Dövlət Dumasının binası olub.

Nazir Əbülfəs Qarayev ölkəmizin bu beynəlxalq təşkilatla əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, mədəniyyət sahəsində layihələrdə, təcrübə mübadiləsində xüsusilə maraqlı olduğunu diqqətə çatdırıb. Müasir kitabxana, mədəniyyət evləri, klublar, digər mədəniyyət obyektlərinin fəaliyyəti ilə bağlı ölkələrimizin keçmişdə oxşar təcrübəyə malik olduğunu deyən nazir, 2019-cu ilin MDB-də “Kitab İli” elan olunmasının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə kitabxanaların müasirləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilib. Həmçinin gənc yazarların ümumi nəşrinin hazırlanıb çap edilməsi təklif olunub.

Görüşdə MDB Parlamentlərarası Assambleyası Şurası baş katibin müavini, Azərbaycan Milli Məclisinin təşkilatdakı nümayəndəsi Aydın Cəfərov da iştirak edib.

Azərbaycan nümayəndə heyəti üçün Tavriçeski sarayının tarixi ilə bağlı qısa ekskursiya da təşkil olunub.

Nazir Əbülfəs Qarayev Sankt-Peterburqda, həmçinin dünya şöhrətli “Ermitaj” muzeyini ziyarət edib.

Tarix
2018.11.17 / 18:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla