Yuxarı

Nazir bu gənclərin taleyindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncimiz dünyanın müxtəlif ölkələrində qabaqcıl ali təhsil müəssisələrdə bakalavr, magistr, doktorantura təhsili alıb.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün nazirlikdə keçirilən mətbuat konfdransında deyib. Nazir bildirib ki, həmin tələbələrin əksəriyyəti təhsili başa vurub ölkəyə qayıdıb, müxtəlif sahələrdə fəaliyyət göstərirlər.

“Apardığımız təhilillər zamanı həmin məzunların 60 faizinin özəl, 40 faizinin dövlət sektorunda fəaliyyət göstərdiyi məlum olub. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan məzunlarımızın böyük əksəriyyəti əmək fəaliyyəti ilə yanaşı, akademik fəaliyyət də göstərir. Yüzlərlə gənc ADA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi və Dövlət İdarəçilik Akademiyasında dövlət proqramının məzunları işləyir, pedoqji fəaliyyətlə məşğul olurlar. Bu da o deməkdir ki, Dövlət Proqramı Azərbaycanın ali təhsil sisteminə töhfə verir”.

Nazir onu da vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil müəssisələrinin ölkəmizdə filialı açılıb.

“Bu müddət ərzində yeni nəsil ali təhsil müəssisələri - ADA Universiteti, Bakı Ali Neft Məktəbi fəaliyyətə başladı. SABAH qrupları da bu proqramın bir hissəsidir. Bu müddət ərzində ölkə iqtisadiyyatı üçün vacib olan ikili diplom proqramları həyata keçirildi. Bu da ölkəmizin təhsil sisteminin beynəlxalq reytinq cədvəllərində yerinə təsir edən məqamlardandır. Bu proqramlar, xaricdə təhsil alan gənclərimizin ölkəyə geri qayıtması təhsil sisteminin inkişafına töhfəsini verəcək”.

Tarix
2018.11.21 / 14:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla