Yuxarı

Xaricdə təhsil alanların imtiyazları var - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricdə təhsil üzrə dövlət proqramlarının məzunları ilə digər məzunlar arasında müəyyən qədər fərq var.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı xaricdə təhsil alan məzunların ölkədə iş imkanlarından qane olmamasından danışarkən deyib.

Nazir bildirib ki, həmin məzunların təhsil alması üçün dövlət kifayət qədər maliyyə sərf edib:

“Xaricdə təhsil alanlar üçün yerli ali məktəblərdə dövlət sifarişi əsasında təhsil alanlardan daha çox vəsait ayrılıb. Bununla yanaşı xaricdə təhsil alan məzunların dövlət müəssisələrində işə qəbulla bağlı imtiyazları var. Məsələn dövlət qulluğuna qəbulda onlar test mərhələsindən azaddır. Artıq 20-dən artıq xaricdə təhsil alan məzun Təhsil Nazirliyində işlə təmin edilib. Nazirlik olaraq xaricdə təhsil dövlət proqramının nəticələrindən çox faydalanmışıq. Xaricdə təhsil alanların xarici ölkələrə üz tutması halı da ola bilər. Bu istisna deyil”.

Nazir onu da vurğulayıb ki, Təhsil Nazirliyi hər il xaricdə təhsil alan məzunlarla bağlı onların ixtisaslarına uyğun nazirlik, mərkəzi icra hakimiyyətlərinə təkrar məlumatlar təqdim edir:

“Bəzən dövlət qurumları özləri müraciət edərək bu məzunlar barədə məlumat əldə edirlər. Xaricdə təhsil alan bir məzuna təklif edilən iş, əmək haqqı onu qane etmirsə, digər iş yerlərinə müraciət edə bilər”.

Tarix
2018.11.21 / 14:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla