Yuxarı

Bakı metrosunda niyə zibil qabı yoxdur? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda niyə zibil qabı yoxdur? - Açıqlama

Bakı küçələrində şəhərin təmizliyi üçün xeyli zibil qabı olsa da, metro stansiyalarında, platformada zibil qablarına rast gəlmək olmur. Belə olduğu təqdirdə diqqətli vətəndaş əlindəki zibili özü ilə apararaq küçədə qoyulmuş zibil qabına atır, diqqətsiz vətəndaş isə elə vaqona və ya platformaya tullayır. Bu da metronun zibillənməsinə səbəb olur.

Sözügedən məsələ - Bakı metrosunda zibil qabının olmaması sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusu olub.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metro stansiyalarında zibil qabları yerləşdirilə bilməz:

“Metropolitendə zibil qablarının yerləşdirilməsi təhlükəsizlik baxımından düzgün deyil. Çünki özü ilə tezalışan maddələri içəri keçirən adam onları zibil qabının içinə atıb gedə bilər. Buna təhlükəsizlik xidməti icazə vermir. Tək bizdə belə deyil. Ümumiyyətlə, Beynəlxalq İctimai Nəqliyyat Assosiasiyasının qərarı var ki, metronun vestibül və platformalarında zibil qabı qoymaq olmaz. Ona görə ki, terror hadisələrinin əksəriyyəti zibil qabları vasitəsilə törədilir. Terror törətmək istəyən biri partlayıcını zibil qabına ata bilər”.

Qeyd edək ki, “Bakı Metropolitenindən istifadə qaydaları”nın 5.1.18. bəndinə əsasən, stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək qadağandır.

Tarix
2018.12.07 / 13:01
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla