Yuxarı

Fazil Məmmədov ölümdən döndü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq vergilər naziri Fazil Məmmədov yenidən əməliyyat olunub.

Bakıpost.az-ın xəbərinə görə, əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutub. Nazirin pankreatitdən əziyyət çəkdiyi, bu səbəbdən də əməliyyat keçirdiyi bildirilir.

Məlumata görə, eks-nazirin ağır xəstəliklər keçirməsinə, bundan əvvəlki əməliyyatına və bədənin ümumi zəifliyinə görə budəfəki cərrahi müdaxilə riskli olub. Həkimlər onun əməliyyat vaxtı həyatını itirə biləcəyini deyiblər. Amma əməliyyat uğurlu olub. Hazırda onun vəziyyətinin stabil olduğu deyilir.

Pankreatit mədəaltı vəzinin iltihabi xəstəliyidir.

Xatırladaq ki, keçmiş nazir may ayında sözügedən xəstəxanada açıq ürək əməliyyatı keçirmişdi.

F. Məmmədov 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə həmin vəzifədən vəzifəsindən azad edilib.

Tarix
2018.12.10 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla