Yuxarı

Sabah bu istiqamətdə yollar bağlı olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah bu istiqamətdə yollar bağlı olacaq

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 8:00-dan tədbir tam başa çatanadək, Parlament prospektində Fəxri xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Axar.az xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

"Anım mərasimi başa çatanadək Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospekti və Ələsgər Ələkbərov küçəsinin kəsişməsində, Hüseyn Cavid prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişməsindən, eləcə də İzzət Nəbiyev, Abbasqulu Abbaszadə, Şövqiyar Abdullayev istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcəkdir.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər", - V.Əsədov əlavə edib.

Tarix
2018.12.11 / 10:17
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü

12 il öncə 9 yaşlı qızı xilas edən gənc qəfil vəfat etdi

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla