Yuxarı

SOCAR-dan neft borusundakı dağıntı ilə bağlı – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qaziantep vilayətindəki neft borusunda baş verən partlayışın Bakı-Tiflis-Ceyhan neft kəməri ilə heç bir əlaqəsi yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. O bildirib ki, sözügedən qəza SOCAR-ın iş prinsipinə hər hansı formada təsir etməyib:

“Neft boru kəməri dayanıqlı olması məqsədilə poladdan hazırlanır və onillər ərzində istifadə edilir. Belə borular adətən xüsusi formada izolyasiya edilir. Amma görünür ki, dünənki ildırım çox güclü olduğuna görə neft borusunda partlayışa səbəb olub”.

Qeyd edək ki, ötən gün Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda neft borusunu ildırım vurub. Hadisə nəticəsində boru dağılıb və xam neft yaşayış sahələrinə doğru axıb.

İldırım düşən neft kəmərinin BOTAŞ-a aid olduğu bildirilib.

Onu da qeyd edək ki, Bakı-Ceyhan neft boru kəmərinin Türkiyədən keçən hissəsinin operatoru da BOTAŞ şirkətidir.

Tarix
2018.12.13 / 13:43
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla