Axar.az
Yuxarı

Külli miqdarda pul mənimsəyən qadın həbs edildi – Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl biznesdə şəriklik adı ilə aldadılan azərbaycanlı sahibkar Nəcəf Nəsirlinin şikayəti əsasında bir qrup qadınla dələduzluq edən Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Axar.az-a N.Nəsirlinin vəkili Fərid Həsənov məlumat verib.

Cinayət işinə 10 dekabr 2018-ci il tarixdə Xətai Rayon Məhkəməsində baxılıb və G.Əliyeva barədə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin qərarından narazı qalan G.Əliyeva işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etsə də, 13 dekabr 2018-ci il tarixdə işə baxılıb və şikayət təmin edilməyib.

Xatırladaq ki, Gülarə Əliyeva Nəcəf Nəsirliyə özünü qızıl-zinyət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. G.Əliyeva yerli sahibkarın ona olan inamından sui-istifadə edərək, külli miqdarda əmlakını ələ keçirib. Sonradan araşdırma zamanı məlum olub ki, Gülarə Əliyeva nə fiziki, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınıb, ümumiyyətlə, VÖEN-i olmayıb.

Həmçinin, G.Əliyeva sahibkara müxtəlif qızıl-zinyət əşyalarının satışı mağazalarını özününki kimi təqdim edib. Araşdırma zamanı həmin mağazaların G.Əliyeva ilə yaxından-uzaqdan əlaqəsi olmadığı, tamamilə başqa şəxslərə məxsus olduğu ortaya çıxıb.

Aldandığını anlayan N.Nəsirli ona qarşı qızıl-zinyət əşyalarının biznesində şəriklik adı ilə dələduzluq edərək, külli miqdarda əmlakını ələ keçirən Gülarə Əliyeva və rəhbərlik etdiyi bir qrup qadın barəsində bu ilin iyun ayında Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. İlkin araşdırma nəticəsində Gülarə Əliyeva barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlasa da, qadın uzun müddət istintaqdan yayınaraq, gizlənib. Buna baxmayaraq, 08 dekabr tarixində 18-ci Polis Bölmənin əməkdaşları tərəfindən yaxalanaraq, istintaqa təhvil verilib. İlkin məhkəmədən sonra G.Əliyeva müvəqqəti olaraq qadın təcridxanasına köçürülüb.

Məhkəmədə Nəcəf Nəsirli ona vurulmuş ziyanın ödənilməsini tələb edib. Tələb qüvvədə qalıb.

İstintaq davam edir.

Tarix
2018.12.14 / 10:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bərdə terrorunda həlak olanların adları açıqlandı

İrəvanın hərbi cinayəti və gülünc təbliğatı - Video

Xankəndidə doğum evinin “vurulması” yalanı ifşa olundu

Döyüşdən qaçan düşmən belə məhv edildi - Video

Artilleriyaçılarımız düşməni belə məhv edir - Video

Türkiyədə Polad Həşimov adına park açıldı

MN: Dövlət-xalq-ordu birliyi sarsılmazdır!

Düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edildi - Video

FHN-in rəhbər heyəti Bərdədədir

BNA-dan müraciət: Bu ərazidə işıqfor işləmir

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla