Yuxarı

DGK-da görüş: dopinqlərə aid maddələr...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli və bu qurumun hüquqşünası Fərhad Abbasov iştirak edib.

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov ölkəmizdə dövlət idman siyasətinin uğurla davam etdirildiyini, bu sahədə idmanla əlaqəli təşkilatlarla yanaşı, dövlət orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.

Bildirilib ki, Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Antidopinq Agentliyi arasında 2017-ci ildə imzalanmış Memorandum qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirib.

Görüş zamanı “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyaya əlavə edilmiş siyahıda qeyd edilən S2 kateqoriyasına aid maddələrin (peptid hormonları, böyümə faktorları, onlara aid maddələr və mimetiklər), eləcə də Dövlət Gömrük Komitəsi tərəfindən 2017-ci il və 2018-ci ilin 6 ayı ərzində saxlanmış və dopinqlərə aid olan güclü təsir edən maddələrin insanların, xüsusilə də idmançıların sağlamlığına ciddi zərər vurduğu diqqətə çatdırılıb. Bu maddələrin qanunsuz dövriyyəsinin və idmanda istifadəsinin qarşısının alınması sahəsində məlumat mübadiləsinin, birgə təlimlərin və digər tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Tarix
2018.12.14 / 19:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla