Axar.az
Yuxarı

Jurnalistlərimiz Berlində: ən təhlükəli mövzu... – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və Almaniyanın İDEM şirkətinin birgə layihəsi olan Berlin Təhsil Turu çərçivəsində azərbaycanlı jurnalistlər Berlinin “Berliner Tsaydunq” və “Berliner Kurier” qəzetlərinin redaksiyasının qonağı olub.

Axar.az xəbər verir ki, görüşdə jurnalistlər Berlinin ilk gündəlik qəzeti olan “Berliner Tsaydunq”un səhər planlaşdırmasında iştirak ediblər.

Qəzet əməkdaşlarının sözlərinə görə, “Berliner Tsaydunq” hər gün 60 min tirajla çap olunur, aylıq abunəçilərinin sayı isə 21 mindən çoxdur:

“Gənclər qəzet alıb oxumağa o qədər də maraqlı deyil. Onları daha çox bizim onlayn versiyamız maraqlandırır. Bu səbəbdən biz onlayn və qəzet versiyalarımızın müstəqil inkişafına, Skandinaviya modelindən istifadə etməyə çalışırıq. Qəzet oxucularımızın böyük əksəriyyəti yaşı 65-dən yuxarı olan vətəndaşlardır”.

“Berliner Tsaydunq” və “Berliner Kurier” müstəqil fəaliyyət göstərən nəşrlərdir, onların yeganə gəliri reklam və satışdan qazanılan vəsaitdir.

Jurnalistlərin sözlərinə görə, çalışanların maaşı, bütün redaksiya xərcləri üç mənbə ilə ödənilir: reklam gəlirləri, abunə və pərakəndə qəzet satışının hesabına.

Qəzetlərin qiyməti 1.5 avrodur, aylıq abunə haqqı isə 43 avro təşkil edir.

Qəzetin araşdırmaçısı Qabriela Fallerin sözlərinə görə, Berlində ən problemli və təhlükəli mövzu daşınmaz əmlak bazarı və çirkli pulların yuyulması ilə bağlı məsələlərdir:

"Təhlükəli“ dedikdə jurnalistin fiziki təzyiqlərə məruz qaldığını nəzərdə tutmuram. Bu sahədə yazılan məlumatlara görə çoxsaylı məhkəmə çəkişmələri olur və bəzən qəzet haqlı olsa da, məhkəmədə məğlub olur”.

Qabrielanın sözlərinə görə, onun da başına belə bir hadisə gəlib:

“Rus oliqarx alman ortaqlarının vasitəçiliyi ilə böyük bir ərazi satın almışdı. Bu məsələni araşdırıb işıqlandırdıqdan sonra onlar bizim qəzeti məhkəməyə verdi. Berlindəki məhkəməni udduq. O zaman qarşı tərəf bizi Hamburqda məhkəməyə verdi. Hamburqdakı məhkəməni isə udmaq mümkün olmadı”.

Tarix
2018.12.17 / 17:30
Müəllif
Rəfiqə Məmmədova
Şərhlər
Digər xəbərlər

Azərbaycan bu gün çox vacib regional tərəfdir - Prezident

Düşmənin zərbə PUA-sı zərərsizləşdirildi

Paytaxt küçələri yenidən dezinfeksiya edilir

Hacıyev: Ermənistanda denalism dalğası başlayacaq

Vacib yüksəkliklər düşməndən azad edildi

175 partlamamış sursat və 2 dron tapıldı

Bu gün Vahid Azərbaycan milləti yaranır

Türkiyəli məmurdan Əliyevə: Kürəyimdə güllə daşıyaram

Kifayət qədər zirehli texnikamız var - MN

Ordumuz Xankəndi və Xocavəndi atəşə tutmur - MN

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla