Yuxarı

Şəhid atasından unitaz pulu alan həkimdən - Şok etiraf

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhər xəstəxanasında şəhid atasından unitazı qırdığı iddiası ilə pul alınıb.

Ailənin yaxın qohumunun sözlərinə görə, Hacıqabul rayonunun Atbulaq qəsəbə sakini, şəhid atası Hacıağa Dəmirov ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına aparılıb. Və yaşlı, xəstə kişi xəstəxanada ayaqyoluna getmək istəyib.

Yoldaşı kömək edərək kişini ayaqyoluna salanda unitazın qırıq olduğunu görüb. Bayıra çıxaraq işçilərdən düz-əməlli ayaqyolu göstərmələrini istəyib. İşçilər isə bir ağızdan unitazı kişinin sındırdığını deyiblər.

Şöbə müdiri Akif həkim də unitazı kişinin sındırdığını və buna görə 40 manat ödəməli olduğunu deyib:

"Akif həkim yuxarı mərtəbədən düşüb gəldi və xəstə kişidən 40 manat unitaz pulu tələb etdi. Pulu olmadığını gördükdə isə telefonunu girov götürdü.

Hacıağa Dəmirovun oğlu Atbulağa qayıdıb, 40 manat borc pul tapıb gətirdi. Akif həkimə verdi və telefonu geri aldı".

Avropa.info-ya açıqlamasında Şirvan şəhər xəstəxanasının şöbə müdiri Akif Rüstəmov söyləninənlərin düzgün olmadığını bildirib. Onun dediyinə görə, şəhid atası, xəstə Hacıağa Dəmirov xəstəxananın ayaq yolundan istifadə edərkən unitazı sındırıb:

"Bizim xəstəxana dövlət müəssəsidir. Unitaz sınıbsa, bunun yenisi alınmalıdır. Xəstənin oğlu gəldi və özü 40 manata unitaz alıb gətirdi. Hətta ustanın pulunu öz cibimdən verdim".

Xəstənin telefonunun girov götürülməsinə gəlincə, həkim belə bir halın baş verdiyini etiraf edib.

"Bəli, xəstənin sındırdığı unitazı düzəltdirməsi üçün bir saatlıq telefonunu girov kimi götürmüşük".

Tarix
2014.10.30 / 22:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla