Yuxarı

İlham Əliyev polislərə alınan yeni maşınlara baxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev polislərə alınan yeni maşınlara baxdı - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı zamanı xidməti istifadə üçün alınan maşınlara baxıb.

Axar.az xəbər verir ki, Yol Patrul Xidməti üçün “Mersedes” markalı 118 avtomobil alınıb.

Onlardan 75-i “Mersedes”in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb. Bu sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir. Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən doqquz videonəzarət kamerası ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan “Radar” quraşdırılıb. Həmçinin avtomobillərdə yan istiqamətlərdə “Nömrətanıma”, gecə görüntüsü üçün 30 metrlik məsafəni əhatə edən “infraqırmızı” görünməz işıqlandırma sistemləri və GPS modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir. Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür.

Məlumat verildi ki, Post Patrul Xidməti üçün isə “Mersedes Citan” markalı 60 avtomobil alınıb. Bu avtomobillər də zəruri texniki avadanlıqla təchiz olunub. Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında digər xidmətlər üçün Azərbaycan istehsalı olan “Khazar” LD avtomobilləri də alınıb.

Qeyd edək ki, yeni tədris korpusunun inşası zamanı ərazidə təntənəli mərasimlər üçün 140 nəfərlik tribuna yenidən qurulub, geniş abadlıq-quruculuq işləri görülüb. Burada görülən işlər bir daha sübut edir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanları üçün yüksək ixtisaslı kadrlar hazırlayan Polis Akademiyasının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində son illərdə mühüm islahatlar aparılır və bu sahədə iş davamlı xarakter alıb.

Tarix
2018.12.26 / 10:51
Müəllif
Axar.az
Digər xəbərlər

Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla