Yuxarı

"Azercell" bahalaşma ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.01.11, 13:42

Azercell Telecom MMC SMS tariflərinin 2 dəfə artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya Axar.az-a açıqlamasında bildirib ki, şirkətin fəaliyyətinə aid məlumatların təhrif olunmuş şəkildə oxuculara çatdırılması Azercell Telecom şirkətinin nüfuzuna xələl gətirmək, insanlarda şirkət haqda mənfi rəy formalaşdırmaq cəhdi təəssüratını yaradır.

“Qeyd edilən dəyişiklik 12.02.2019-cu il tarixindən etibarən qüvvəyə minəcək və qanunvericiliyə əsasən dəyişiklik barədə məlumat abunəçilərimiz üçün müvafiq olaraq 30 təqvim günündən əvvəl yayımlanıb.

“Azercell Telecom bu ilin əvvəlindən rominqdə istifadə edilən interneti də 80% bahalaşdırıb” – şəklində qeyd edilən məlumat da təhrif olunub. 10.01.2019-cu il tarixindən etibarən yalnız Gürcüstan və Türkiyə ölkələrində Fakturasız xətt nömrələri üçün rominqdə internet istifadəsinin tarifi bir MB görə ƏDV daxil 0.55 AZN-dən ƏDV daxil 0.99 AZN-ə obyektiv səbəblərə görə dəyişdirilib. Lakin həmin yeni tariflər Gürcüstan və Türkiyə ölkələrində analoji xidmətlər ilə bağlı bazarda tətbiq edilən tariflərdən xeyli azdır”, – N.Şıxlinskaya bildirib.

Tarix
2019.01.12 / 11:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla