Yuxarı

Hansı ali məktəblər birləşdirilə bilər? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı ali məktəblər birləşdirilə bilər? – Ekspert

Dövlət aparatı nə qədər az elementlərdən təşkil edilsə, idaretmə də bir o qədər effektiv olur.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Şahlar Əsgərov son dövrlər müxtəlif sahələrdə aparılan struktur islahatları barədə danışarkən deyib. O, bütün sahələrdə olduğu kimi, təhsildə də islahatların vacib olduğunu bildirib:

“Burada bir çox dövlət qurumlarının ləğv edilməsi, bəzilərinin isə özünü maliyyələşdirməsindən söhbət gedir. Bizim təhsil sistemində mürəkkəbləşmə var. Məsələn, ali məktəblər normal təhsil verə bilir. Burada üçüncü bir qurumu - Dövlət İmtahan Mərkəzinin təhsillə bağlı şöbəsini yaratmağa lüzum yoxdur.

İkinci bir məsələ də odur ki, bəzi ali məktəblər parçalanıb. Bunların birləşməsinə ehtiyac var. Məsələn, Politexnik Universiteti parçalandıqdan sonra Azərbaycan Texniki Universiteti və Memarlıq İnşaat Universitetlərinə bölünüb. Belə nümunələr çoxdur.

Ümumiyyətlə, texniki və humanitar fakültələri bir ad altında birləşdirmək lazımdır. Çünki birləşmə idarəetməni asanlaşdıracaq. Bu həm də büdcə vəsaitinin səmərəli xərclənməsinə gətirib çıxaracaq.

Universitetlərdə çoxlu kafedralar süni şəkildə parçalanıb.

Bundan əlavə, filologiya, jurnalistika kimi bir sıra fakültələr də bir ad altında birləşdirilə bilər. Prezidentin bu fərmanından sonra universitetlərdə struktur dəyişiklikləri aparılmalı, dövlət büdcəsinin səmərəli istifadəsi təşkil edilməlidir”.

Tarix
2019.01.15 / 16:08
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla