Yuxarı

Rusiya bu ölkəni hədələdi: Ukraynaya silah verərsə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bu ölkəni hədələdi: Ukraynaya silah verərsə…

Cənubi Koreyanın Ukraynaya silah tədarükü Seul və Moskva arasında münasibətləri tamamilə pozacaq. Rusiya onlara lazım olan bütün üsullarla cavab verəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Seul bilməlidir ki, Cənubi Koreya silahlarından Rusiya vətəndaşlarını öldürmək üçün mümkün istifadə nəhayət, ölkələrimiz arasında münasibətləri pozacaq. Təbii ki, biz lazım bildiyimiz şəkildə cavab verəcəyik. Bu, çətin ki, Koreya Respublikasının təhlükəsizliyini gücləndirsin”, - Rudenko bildirib.

O, Seulu vəziyyəti ayıq şəkildə qiymətləndirməyə və ehtiyatsız addımlardan çəkinməyə çağırıb:

“Ümid edirəm ki, Koreya Respublikasının administrasiyası kənardan təhrik edilən bir anlıq fürsətçi mülahizələri deyil, ilk növbədə uzunmüddətli milli maraqları rəhbər tutacaq".

Qeyd edək ki, Şimali Koreyanın Rusiyaya raketlər tədarük etməsi, eyni zamanda döyüşmək üçün Ukrayna savaşına əsgər göndərməsindən sonra Seul Kiyevi silahlandırmaq niyyətini ortaya qoyub.

Tarix
2024.11.24 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla