Yuxarı

Bakı Limanı bu statusa malik ilk liman olacaq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ələt qəsəbəsindəki yeni Bakı Limanı MDB ölkələri arasında “yaşıl liman” statusuna malik ilk liman olacaq.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-dən Axar.az-a bildirilib ki, yeni Bakı Limanı beynəlxalq İSO 14001:2015 sertifikatlaşdırma auditini müvəffəqiyyətlə keçib. İSO 14001:2015 “Ətraf mühitin idarəetmə sistemi” üçün göstəriciləri müəyyən edir və bu standart üzrə sertifikatlaşdırma həyata keçirir. Sertifikatlaşdırma Bakı Limanının İSO 14001:2005 standartının ekoloji tələblərinə uyğun olaraq fəaliyyət göstərdiyini təsdiq edir. Bu sertifikat ən çox tanınmış və qəbul edilmiş ətraf mühit menecment standartıdır.

Bakı Limanı fəaliyyətinin ilk günlərindən ətraf mühit, ekoloji standartların tətbiqinə xüsusi önəm verir. Belə ki, hazırda “yaşıl liman” konseptinin tələblərinə uyğun olan Bakı Limanı Xəzər dənizi hövzəsində ilk belə limandır. Burada çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Həmin qurğular çirkab sularının təmizlənməsi üçün bakterioloji əsaslı sutkalıq gücü 600 kubmetr təşkil edən sutəmizləmə, gəmilərdən kənarlaşdırılan neftlə çirklənmiş suların təmizlənməsi qurğuları, yağış zamanı meydana gələn səth sularının təmizlənməsi üçün septiklərdən ibarət təmizləmə sistemidir.

Tarix
2019.01.16 / 01:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla