Yuxarı

Dəmiryol vağzalının hara köçürüləcəyi bilindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dəmiryol vağzalının köçürülməsi üçün müzakirələr aparılır.

Axar.az-ın bir müddət əvvəl yazdığı kimi, paytaxtın yüngülləşməsi və sıxlığın azalması üçün növbəti layihələrdən biri olan vağzalın köçürülməsi reallaşmaq üzrədir.

Vağzalın yükü isə Biləcəri və Ələt stansiyaları arasında bölüşdürüləcək. Dövlət Şəhərsalma və Arxitektura komitəsinin mətbuat xidmətinin rəhbəri Cahangir Qocayev ANS-ə deyib ki, vağzal köçürülərsə, hazırkı ərazidə yaşıllıq artırılacaq və yeni avtomobil yolları salınacaq:

"Hazırkı vağzal ərazisində iki dəmir yolu xətti saxlanılacaq ki, həmin xəttlərdə də sürətli elektrik qatarları hərəkət edəcək. Bütün bunlar Bakının Regional İnkişaf Planında 2030-cu ilə qədər nəzərdə tutulub".

"Azərbaycan Dəmir Yolları" QSC-nin sözçüsü Nadir Əzməmmədovun sözlərinə görə, layihə təsdiqlənsə, vağzal ərazisinin Ələt və ya Biləcəri qəsəbəsinin ərazisinə köçürülməsi məqsədəuyğundur:

"Ancaq bu layihəni Nəqliyyat Nazirliyi təsdiq etdiyi təqdirdə mümkün ola biləcək".

Qeyd edək ki, vağzalın köçürülməsi planda olduğunu yazmışdıq. Layihənin təsdiqlənməsi gözlənilir, belə ki, müzakirələrdə artıq ilkin razılığın olduğu bildirilir.

Tarix
2014.11.07 / 01:50
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla