Yuxarı

Bakı üçün məxsusi hazırlanan parkomatlar yığışdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı küçə və propektlərindəki parklanma yerlərində quraşdırılan parkomatlar yığışdırılır.

Axar.az xəbər verir ki, bu barədə məlumata hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov paylaşıb. Ekspert bildirib ki, parkomatların yığışdırılmasının səbəbi məlum deyil:

“Bakının küçə və prospektlərindəki parklanma yerlərindən parkomatları yığışdırırlar. Bunun səbəblərini dəqiq bilməsəm də, bu lazımsız qurğuların belə bir tale ilə üzləşəcəyi aydın idi. Onlar həm mövcud qanunvericiliyə uyğun deyil, həm də xeyli vaxtdır ki, istifadəsiz qalmışdılar”.

Ə.Hüseynov həmçinin bildirib ki, parkomatların yığışdırılması o mənaya gəlmir ki, bundan sonra yol kənarı parklanmalar pulsuz olacaq.

Xatırladaq ki, həmin parkomat aparatları artıq işləmir. Bir müddətdir ki, sözügedən aparatları yeni nəzarət kassa aparatları əvəz edir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə 2014-cü ildən müvəqqəti duracaq yerləri layihəsini həyata keçirib. Layihəyə uyğun olaraq paytaxtda maşınların sıx park edildiyi ərazilərdə xüsusi parkomantlar quraşdırıldı.

Hazırda istifadə edilməyən və yığışdırılan parkomatlar Fransada xüsusilə Azərbaycan üçün istehsal edilmişdi.

Tarix
2019.01.16 / 13:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla