Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


Əlillərə 132 mənzilli ev tikilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə ilin sonunadək istifadəyə veriləcək binada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır. Qeyd olunan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün də davamlı işlər görülür.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya Mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub.

Eyni zamanda, hazırda ƏƏSMN-nin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Cari ilin ötən dövründə nazirliyin sifarişi ilə "Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması" layihəsinin icrasına başlanılıb. Eyni zamanda, nazirliyin sifarişi ilə "Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr və muzeylərin müyəssərliyinin təmin edilməsi işləri aparılır.

Onu da qeyd edək ki, belə işlərdən biri və ölkəmizdə yeni bir addım kimi 13 noyabr 2014-cü il tarixdə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Qaraca qız" filmi və "Tıq-tıq xanım" cizgi filmi sağlamlıq imkanları məhdud uşaqlar üçün tifloşərhlə (səssiz, yaxud mimika ilə ifadə edilmiş hərəkətləri, kadr dəyişikliyini və s. tamaşaçıya sözlər vasitəsi ilə çatdırma) təqdim olunacaq.

Tarix
2014.11.13 / 14:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ölkəyə nə qədər avtomobil idxal olunub?

Naxçıvanda əhalinin sayı artır

Kirayə mənzillər ucuzlaşdı

Azərbaycanda universitetin girişinin uçma anı - Video

DGK ilə ASK arasında memorandum imzalandı - Foto

Cabiri xilas etmək bizim əlimizdədir - Foto

"Azercell"dən uşaq rəsm sərgisinə dəstək - Foto

Cocuq Mərcanlıya daha 50 ailə köçürüldü

Azyaşlıların Azərbaycan əsgərinə sevgisi - Video

Məcburi köçkünlərə şad xəbər: 6 aydan sonra...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla