Yuxarı

Biz insanlara başa salmalıyıq ki… - Deputatdan çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti tərəfindən atılan addımların hər biri təqdirəlayidir. Bu addımlar nəticəsində həm təminat, həm də xidmət strategiyasının inkişafı təmin edilir ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının, yeni iş yerlərinin inkişafına xidmət edir.

Axar.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, bəzi qüvvələr ölkə başçısının atdığı addımları əhaliyə düzgün çatdıra bilmir:

“Azərbaycan əleyhinə işləyən qüvvələr əhalini aldatmağa çalışaraq bu məsələləri öz adlarına çıxmaq istəyirlər. Azərbaycan Prezidentinin şəhid ailələrinə ayırdığı birdəfəlik yardımla bağlı məsələdə də bunun şahidi olduq. Azərbaycan Prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı və sonda mühüm addımlar atıldı”.

S.Novruzovun sözlərinə görə, ancaq Azərbaycan əleyhinə işləyən qüvvələr, əhalini aldatmağa çalışanlar bu məsələni öz adlarına çıxmaq istəyirlər:

“Halbuki ölkə başçısı çoxdan bu məsələ ilə bağlı tapşırıq vermişdi. Minimum əməkhaqqı ilə bağlı da uzun müddət idi ki, proseslər gedirdi. Bütün ölkələrin təcrübəsini öyrəndikdən sonra bu istiqamətdə də mühüm addım atıldı. Bir qrup xaricdə oturan, bu gün böhtan kampaniyası aparanlar bu addımları öz adlarına çıxıb, əhalini çaşdırmağa çalışırlar. İddia edirlər ki, guya mitinqdəm sonra bəzi addımlar atılıb. Bu, tamamilə yalandır”.

S.Novruzov hesab edir ki, deputatlar yerlərdə keçirilən hesabat tədbirləri, seçicilərlə keçirilən görüşlərdə insanlara həqiqətləri çatdırmalıdırlar:

“Azərbaycan Prezidenti bütün məsələlərə hamıdan öncə reaksiya verərək problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atır. İstər şəhid ailələrinin mənzillə təminatı, istərsə gənclərin irəli çəkilməsi məsələlərinə önəm verilir. Biz hər birimiz əsgər kimi bu məsələləri ictimaiyyətin diqqətinə lazımi səviyyədə çatdırmalıyıq. İnsanlara atılan addımların dövlətin strategiyası olduğunu başa salmalıyıq”.

Tarix
2019.02.12 / 13:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla