Yuxarı

Türkiyədə vətənsiz qalan azərbaycanlılar - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 il bundan əvvəl Azərbaycanda yaşayan və valideynləri boşandıqdan sonra anaları ilə birlikdə Bursa şəhərinə köçən azərbaycanlı qardaşların aqibəti Türkiyə mətbuatında işıqlandırılıb.

Axar.az xəbər verir ki, “Yeni Şəfəq” nəşri anaları ilə birlikdə Bursa şəhərinə köçən qardaşlar – 21 yaşlı Samir və 19 yaşlı Zaminkar Bağırovların əvvəlcə analarının yeni həyat yoldaşı ilə yaşadıqlarını yazıb. 5 il əvvəl isə aralarında mübahisə yarandığı üçün qardaşlar başqa evə köçüblər. Həyatları günəmuzd işlərdə çalışmaqla keçib.

Bağırovların ən böyük problemi isə hazırda heç bir ölkənin vətəndaşı olmamalarıdır. Belə ki, vətəni tərk edərkən vətəndaşlıq üçün təyin olunan yaş həddinə çatmayan qardaşlar sonradan Türkiyə vətəndaşlığı üçün müraciət etsələr də, faydası olmayıb. Qardaşlar vətəndaşlıqları olmadığı üçün hazırda Azərbaycana da qayıda bilmirlər.

“2007-ci ildə qardaşım və anamla bərabər Türkiyəyə gəldik. Hazırda 19 yaşım var. Biz Azərbaycandan bura doğum sənədi ilə gəldik. Azərbaycan qanunlarına görə, yaşımızla əlaqədar şəxsiyyəti sənədi ala bilmədik. Sənədimiz olmadığı üçün fabrikdə işləyə bilmirik, sığortamız yoxdur, tibbi xidmətlərdən faydalana bilmirik. Bizi mütəmadi olaraq müxtəlif qurumlara göndərirlər. Ancaq hər biri başqa yerə yönləndirir, nəticəsi olmur. Biz Türkiyə vətəndaşı olmaq, vəsiqə almaq, burada hərbi xidmət keçmək istəyirik”, - Zaminkar Bağırov bildirib.

Tarix
2019.02.18 / 11:04
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla