Yuxarı

Sərhədi pozmaq istəyən 5 əcnəbi tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti (DSX) 5 nə­fər Şri-Lanka vətəndaşının Azərbaycanın dövlət sərhədini pozmasının qar­şısını alıb.

DSX Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, fevralın 17-də xid­mətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçmə­yə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Ronik­san, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il tə­vəl­­lüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mo­hanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərin 2018-ci ilin dekabrın 16-da rəsmi qay­dada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbay­canagəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İran İs­lam Respub­likasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.

Sərhəd pozucuları barəsində cinayət işi başlanılıb və barə­lərində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2019.02.21 / 16:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla