Yuxarı

“Abituriyent-2” jurnalı bu tarixdə satışa çıxarılacaq - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:28

Ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən şəxslərin sabahdan elektron ərizə qəbulu başlanır. Belə ki, ali məktəblərə qəbul olmaq istəyənlər 15 mart-15 aprel tarixlərində elektron ərizə formasını doldurmalıdırlar. Buna baxmayaraq, 2019-cu il qəbul qaydaları ilə bağlı abituriyent jurnalı hələ də dərc olunmayıb. Bu da abituriyent və valideynlərin narahatlığına səbəb olub.

Yaranmış narahatlıqla bağlı Təhsil Nazirliyinə sorğu göndərib, Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nəticə əldə edə bilmədik.

Məsələni Axar.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, keçmiş təcrübədə ali təhsil müəssisəsinə qəbulun məzmunu ilə bağlı abituriyent jurnalları proses başlamazdan azı 1 həftə əvvəl çap olunurdu:

“Nəzərə alsaq ki, bu il qəbul imtahanlarında, qeydiyyat prosesində ciddi şəkildə dəyişiklər olacaq, deməli, “Abituriyent-2” jurnalı daha öncədən çap olunmalı idi.

Düşünürəm ki, hələ də “Abituriyent-2” jurnalının çap olunmamasının, gecikməsinin səbəbi Nazirlər Kabineti tərəfindən yeni qəbul qaydalarının təsdiq olunmamasıdır.

2018-ci ildə Təhsil haqqında qanuna dəyişiklər edilib və ali təhsil müəssisəsinə müsabiqədən kənar qəbul qaydaları nəzərdə tutulub. Bütün bunlar isə abituriyentləri ciddi narahat edir”.

***

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin əməkdaşı Xanlar Xanlarzadə saytımıza açıqlamasında bildirib ki, sabah günorta saatlarından etibarən "Abituriyent-2" jurnalı satışda olacaq.

Tarix
2019.03.14 / 18:08
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla